"Araz-Naxçıvan"ın qış hazırlıq planları məlum olub.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 21-də “Şamaxı” ilə Azərbaycan Premyer Liqasının XVI tur matçından sonra istirahətə yollanan komanda məşqlərini yanvarın 5-də bərpa edəcək.
Naxçıvan təmsilçisi qış toplanışını Bakıda keçirəcək.
Hazırlıq prosesi zamanı 3 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Rəqiblərdən 2-si məlumdur. “Qırmızı-ağlar” yanvarın 9-da klubun əvəzedici komandası ilə üz-üzə gələcək. Bundan 5 gün sonra – yanvarın 14-də isə sparrinq - rəqib “Qəbələ” olacaq.
Yanvarın 18-də keçirilək matçdakı rəqiblə bağlı əlavə məlumat veriləcək.














































































