İngiltərənin “Çelsi” klubunun baş məşqçi postundan ayrılan Entso Mareska müqavilənin vaxtından əvvəl ləğvi ilə bağlı ona təklif olunan 14 milyon funt sterlinqlik kompensasiyadan imtina edib.
Sportnet.az-ın "The Sun" nəşrinə istinadən məlumatına görə, italiyalı mütəxəssis rəhbərliyin onun avtoritetini sarsıtmasından ciddi narazı qalıb.
Bu səbəbdən, Mareska müqavilənin pozulması şərtlərini belə müzakirə etmək istəməyib.
Baş məşqçini xüsusilə qəzəbləndirən məqamlardan biri də onun futbolçuların sağlamlığını riskə atması və həkimlərin qadağasına baxmayaraq oyunçuları meydana buraxması ilə bağlı rəhbərliyin iddiaları olub.
Qeyd edək ki, 1 yanvar tarixində “Çelsi” Mareskanın istefaya göndərildiyini rəsmən açıqlayıb. 45 yaşlı mütəxəssis 2024-cü ilin yayından London komandasına rəhbərlik edirdi. Onun dövründə “Çelsi” Konfrans Liqasının və klublararası dünya çempionatının qalibi olub. Hazırda Premyer Liqada 19 turdan sonra “Çelsi” 30 xalla 6-cı pillədə qərarlaşıb.














































































