Afrika Millətlər Kubokunda daha 1/8 final mərhələsinin daha 2 oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, təşkilatçı Mərakeş yığması Tanzaniya ilə üz-üzə gəlib.
Görüş Mərakeşin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 64-cü dəqiqədə Braim Dias vurub. Tanzaniya millisinin heyətində "Şamaxı"nın legioneri Alfons Msanqa da yer alıb. Start heyətində meydançaya çıxmış 23 yaşlı yarımmüdafiəçi 78-ci dəqiqədə sarı vərəqə alıb və bundan 5 dəqiqə sonra əvəzlənib.
Daha bir qarşılaşma CAR və Kamerun yığmaları arasında oynanılıb. Görüş Kamerunun qələbəsi ilə yekunlaşıb - 2:1. Qalib komandadan Cunior Çamadyu 34-cü və Kristian Kofane 47-ci dəqiqədə fərqlənib. CAR-ın təsəlli qolunu isə 88-ci dəqiqədə Evidens Makqopa vurub.
1/4 finalda Kamerun Mərakeşlə üz-üzə gələcək.
Qeyd edək ki, daha əvvəl Mali və Seneqal yığmaları da 1/8 final səddini adlayaraq, növbəti mərhələdə bir-birilərinə rəqib olub. Yanvarın 5-də Misir - Benin və Nigeriya - Mozambik, yanvarın 6-da isə Əlcəzair - Konqo DR və Kot d`İvuar - Burkina Faso görüşləri keçiriləcək.













































































