“Sabah” futbolçusu Boyan Letiçlə yollarını ayırıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Letiç 2022-ci ilin fevral ayından “Sabah”ın üzvü idi. O, komandanın heyətində ümumilikdə 125 oyun keçirib və klubun tarixində önəmli rol oynamış futbolçulardandır.
33 yaşlı müdafiəçi kollektivdə ən çox oyun keçirmiş ikinci oyunçu olmaqla yanaşı, həm də “Sabah”ın avrokuboklarda ilk qolunun müəllifidir.
Letiç “Sabah”ın heyətində Premyer Liqanın gümüş və bürünc medallarını qazanıb, Azərbaycan Kubokunun qalibi olub.











































































