Qış təlim-məşq toplanışının ikinci hissəsini Türkiyədə keçəcək “Zirə”nin rəqibləri bəlli olub.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Antalyada 3 matç nəzərdə tutulub.
"Qartallar" yanvarın 12-də Rumıniyanın “Çiksereda”, yanvarın 16-da isə Ukraynanın “Aleksandriya” və Çexiyanın “Bohemians 1905” klubları ilə qarşılaşacaq.











































































