Qış fasiləsinə turnir cədvəlinin birinci pilləsində yollanan “Araz-Naxçıvan” futzal komandası transfer çalışmalarına başlayıb.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, “qırmızı-ağlar” braziliyalı müdafiəçi Jan Karlos Perreyra Kosta ilə anlaşıb.
Son klubu Polşanın “Darkomp Vilanov” olan 33 yaşlı futzalçı “5 ay+1 il” müddətinə son çempionun formasını geyinəcək.
Qeyd edək ki, “Araz-Naxçıvan” qış fasiləsi zamanı braziliyalı “stolb” Karlos Bertuola ilə yollarını ayırıb.








































































