Türkiyənin “Beşiktaş” klubu qapıçı Mert Günokla yollarını ayırıb.
Sportnet.az İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 36 yaşlı qolkiperlə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Klubdan yayımlanan açıqlamada bildirilir: “2021–22 mövsümündən etibarən komandamızın formasını geyinən peşəkar futbolçu Mert Günokla yollarımızı ayırmışıq. Formamızı geyindiyi müddətdə qazandığımız bir Türkiyə Kuboku və bir Superkubok çempionluğunda əməyi olan Mert Günoka klubumuza verdiyi töhfələrə görə təşəkkür edir, ona gələcək karyerasında uğurlar arzulayırıq”.
Qeyd edək ki, “Fənərbağça”nın yetirməsi olan Mert Günokun müqavilə imzalayacağı təqdirdə 10 ildən sonra yenidən sarı-lacivərdli formanı geyinməsi gözlənilir.










































































