İngiltərə millisinin sabiq hücumçusu Kevin Kiqan onkoloji xəstəliklə mübarizə aparır.
Sportnet.az xəbər verir ki, 74 yaşlı keçmiş futbolçu uzun müddət davam edən mədə problemləri səbəbindən xəstəxanaya yerləşdirilib.
Aparılan müayinələr nəticəsində həkimlər xərçəng diaqnozu qoyublar və yaxın günlərdə Kiqanın müalicə kursu başlayacaq.
Kevin Kiqan futbola 1968-ci ildə başlayıb və 1985-ci ilə qədər peşəkar karyerasını davam etdirib. O, “Liverpul”, “Nyukasl”, “Sautgempton” və digər klublarda çıxış edib. Kiqan iki dəfə - 1978 və 1979-cu illərdə “Qızıl Top” mükafatına layiq görülüb.
Oyunçu karyerasını başa vurduqdan sonra o, məşqçi kimi fəaliyyət göstərib.













































































