Yanvarın 9-da "Qarabağ"ın media nümayəndələri üçün nəzərdə tutulan açıq məşq və mətbuat konfransının vaxtında dəyişiklik edilib.
Klubun mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, saat 11:15-də “Azersun Arena”nın media otağında komandanın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə mətbuat konfransı keçiriləcək.
Ardınca, saat 11:45-də “Azersun Arena”nın təlim-məşq bazasında media nümayəndələri üçün açıq məşq baş tutacaq. Məşqin yalnız ilk 15 dəqiqəsi mediaya açıq olacaq.
Xatırladaq ki, “Qarabağ” qış hazırlığına yanvarın 3-də start verib və yanvarın 10-dək Bakıda məşqlərini davam etdirəcək. Təlim-məşq toplanışının ikinci mərhələsi isə 10 – 17 yanvarda Türkiyənin Antalya bölgəsinin Belek qəsəbəsində yerləşən "Gloria Sports Arena"da keçiriləcək.














































































