Apellyasiya Arbitraj Tribunalının növbəti iclası keçirilib.
Sportnet.az xəbər verir ki, toplantıda AFFA Region Liqasındakı 3 oyunla bağlı İntizam Komitəsinin qərarlarından ünvanlanmış şikayətlərə baxılıb.
“Ağsu Siti”nin "Ağcabədi" ilə oyundan verdiyi apellyasiya:
1. “Ağsu Siti” Futbol Klubu tərəfindən verilən apellyasiya şikayəti təmin edilsin.
2. Apellyasiya Arbitraj Tribunalı tərfindən aparılmış araşdırmalara əsasən İntizam Məcəlləsinin 10, 34, 99 və 100-cü maddələri əsas götürülməklə “Ağsu Siti” Futbol Klubunun təqsiri olmadığı müəyyən edilsin və 26 oktyabr 2025-ci il AFFA-nın Region Liqasında keçirilməli olan Ağsu Siti – Ağcabədi FK oyunu Ağsu Siti komandası təhlükəsizliyi (polis) təmin etmədiyinə görə baş tutmadığı üçün kluba texniki məğlubiyyət verilməsi barədə İntizam Komitəsinin 30 oktyabr 2025-ci il tarixli qərarı ləğv edilsin.
3. Apellyasiya Arbitraj Tribunalının Əsasnaməsinin 2.1.1-ci maddəsinə əsasən Ağsu Siti – Ağcabədi FK arasında olan oyun yenidən keçirilsin.
“Hacıqabul”un "Ucar"la oyundan verdiyi apellyasiya:
1. “Hacıqabul” Futbol Klubu tərəfindən verilən apellyasiya şikayəti təmin edilsin.
2. Apellyasiya Arbitraj Tribunalı tərfindən aparılmış araşdırmalara əsasən İntizam Məcəlləsinin 10, 34, 99 və 100-cü maddələri əsas götürülməklə “Hacıqabul” Futbol Klubunun təqsiri olmadığı müəyyən edilsin və 21 dekabr 2025-ci il AFFA-nın Region Liqasında keçirilməli olan Hacıqabul FK – Ucar FK oyunu Hacıqabul FK komandası həkimlə təyin etmədiyinə görə baş tutmadığı üçün Hacıqabul FK-ya 0:3 hesablı texniki məğlubiyyət verilməsi barədə İntizam Komitəsinin 26 dekabr 2025-ci il tarixli qərarı ləğv edilsin.
3. Apellyasiya Arbitraj Tribunalının əsasnaməsinin 2.1.1-ci maddəsinə əsasən Hacıqabul FK – Ucar FK arasında olan oyun yenidən keçirilsin.
“Lokomotiv Baku”nun "Crystal" ilə oyundan verdiyi apellyasiya:
1. “Lokomotiv Baku” Futbol Klubu tərəfindən verilən apellyasiya şikayəti təmin edilsin.
2. Apellyasiya Arbitraj Tribunalı tərfindən aparılmış araşdırmalara əsasən İntizam Məcəlləsinin 10, 34, 99 və 100-cü maddələri əsas götürülməklə “Lokomotiv Baku” Futbol Klubunun təqsiri olmadığı müəyyən edilsin və 6 dekabr 2025-ci il AFFA-nın Region Liqasında keçirilməli olan Lokomotiv Baku – Crystal FK oyunu ev sahibi komandası tərəfindən təhlükəsizlik (polis) təmin edilmədiyinə görə baş tutmadığı üçün Lokomotiv Baku komandasına 0:3 hesablı texniki məğlubiyyət verilməsi barədə İntizam Komitəsinin 10 dekabr 2025-ci il tarixli qərarı ləğv edilsin.
3. Apellyasiya Arbitraj Tribunalının əsasnaməsinin 2.1.1-ci maddəsinə əsasən “Lokomotiv Baku” FK – “Crystal” FK arasında olan oyun yenidən keçirilsin.
Apellyasiya Arbitraj Tribunalının qərarlarından İsveçrənin Lozanna şəhərindəki İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilib.