Türkiyə Super Kubokunun finalında “Fənərbağça”ya 0:2 hesabı ilə məğlub olan “Qalatasaray” oyundan sonra diqqətçəkən qərar verib.
Sportnet.az xəbər verir ki, "sarı-qırmızılar" mükafatlandırma mərasiminə qatılmamağı qərara alıb.
Atatürk Olimpiya stadionunda keçirilən final qarşılaşması öncəsi klubun əfsanəvi futbolçusu Gökmen Özdenak üçün təşkil olunan bir dəqiqəlik sükutun azarkeşlər tərəfindən fitə basılması bu qərara səbəb olub.
“Qalatasaray”ın baş məşqçisi Okan Buruk deyib: “Bu gün bir sayğı duruşu oldu. Gökmen Özdenakı rəhmətlə yad etmək istədik. Vəfat etmiş bir insana qarşı edilən təhqirlər fonunda, oyundan sonra qarşısına çıxacağımız azarkeşin olduğunu düşünmədik. Bu səbəbdən, mərasimə qatılmadıq".
Qeyd edək ki, final görüşündə “Fənərbağça” “Qalatasaray”ı 2:0 hesabı ilə məğlub edərək Türkiyə Super Kubokunun qalibi olub.
















































































