“Çox yaxşı komandaya qarşı oynadıq".
Sportnet.az-ın məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze “Araz-Naxçıvan”a 1:0 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra klubun rəsmi saytına açıqlamasında deyib.
Gürcüstanlı mütəxəssis bildirib ki, "Kəpəz"i 3:1 hesabı ilə yendikləri ilk matçla müqayisədə daha yaxşı çıxış ediblər: “Araz-Naxçıvan”ın yeni baş məşqçisi Andrey Demçenkonu çoxdan tanıyıram. Çox yaxşı mütəxəssisdir. Belə komandaya qarşı düzgün oynamalı idik. İkinci yoxlama oyunumuzu keçirdik. İlk görüşə nisbətən bu gün daha yaxşı təsir bağışladıq. Hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, yaxşı mübarizə getdi. Nəticə elə bir önəm kəsb etmir. Əsas futbolçuları yoxlamaqdır. Hər iki komanda yaxşı mübarizə apardı. Əsas odur ki, oyunda zədələnən olmadı".
Tsxadadze yeni transferlər barədə də danışıb: "Seydina Keyta bu gün debüt etdi, həmçinin İsmaheel Akinade ikinci oyununa çıxdı. Hər iki futbolçudan razı qaldım".











































































