Bu gün "Qəbələ" ilə keçirilən yoxlama oyunu haqda baş məşqçimiz Andrey Demçenkonun fikirləri:
"Bugünkü oyun daha çox məlumat xarakterli idi və nəticə vacib deyildi".
Sportnet.az xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın baş məşqçisi Andrey Demçenko "Qəbələ"yə 0:1 hesabı ilə uduzduqları yoxlama matçından sonra klubun rəsmi saytına açıqlamasında deyib.
Ukraynalı mütəxəssisin sözlərinə görə, son 3 gün ərzində yükləmə çox olub. Bu səbəbdən, futbolçular meydançaya yorğunluq fonunda çıxıblar: "Uşaqların verdiyimiz tapşırıqları nə dərəcə icra edə bildiklərinə diqqət yetirdik. Keyfiyyətə önəm verdiyimiz üçün uşaqlara da dedim ki, məğlubiyyətə gorə üzülməyin. Gələcəkdə daha yaxşı oynamaq, irəli getmək üçün edəcəklərimizi öyrənirik".












































































