Futzal üzrə Azərbaycan millisinin Danimarka yığması ilə keçirəcəyi yoldaşlıq oyunlarını idarə edəcək hakimlər açıqlanıb.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, hər iki matç yerli hakimlərə həvalə olunub.
22 yanvar
19:00. Azərbaycan – Danimarka
Hakimlər: Əli Cəbrayılov, İmran Məhərrəmov, Ramil Namazov
24 yanvar
16:00. Azərbaycan – Danimarka
Hakimlər: Knyaz Əmiraslanov, Rza Məmmədov, Anar Fərəcov
Qeyd edək ki, hər iki görüş Bakı İdman Sarayında keçiriləcək.











































































