Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Qarabağ" komandası gün ərzində ikinci yoxlama matçını keçirib.
Sportnet.az-ın məlumatına görə, bu dəfə rəqib Polşa "Zaqlembe"si olub.
Görüş yenə Azərbaycan təmsilçisinin eyni hesablı qələbəsi ilə yekunlaşıb - 3:1. Qurban Qurbanovun baş məşqçi olduğu kollektivdən qolları Leandro Andrade, Abdullah Zubir və Coni Montiel vurub.
Bununla da Ağdam komandası Antalya toplanışını 3 qələbə ilə başa vurub.
Qeyd edək ki, "Qarabağ" qardaş ölkədəki ilk yoxlama matçında Özbəkistanın "Neftçi Fərqanə" komandasını darmadağın edib - 5:0. Bu gün isə Xorvatiya "Osiyek"i üzərində qələbə qazanılıb - 3:1.











































































