Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidəki təlim-məşq toplanışının son günündə "Neftçi" üçüncü yoxlama matçını keçirib.
Sportnet.az-ın məlumatına görə, rəqib Çinin “Çenqdu Ronqçenq” komandası olub.
“ERTH Əbu-Dabi” stadionunda təşkil olunmuş görüş "ağ-qaralar"ın qələbəsi ilə yekunlaşıb - 3:1. Paytaxt klubunun qollarını Andrey Ştoqrin 9-cu, Bassala Sambu 29-cu, İqor Ribeyro 53-cü dəqiqədə vurub.
Qeyd edək ki, ilk yoxlama görüşündə Qazaxıstan “Kayrat”ına 3:0 hesabı ilə qalib gələn “Neftçi” növbəti oyunda Misir “Piramids”i ilə heç-heçə edib – 1:1










































































