Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışının sonuncü günündə "Zirə" iki yoxlama matçı keçirib.
Sportnet.az-ın məlumatına görə, günün ilk matçında Ukrayna "Aleksandriya"sına 2:3 hesabı ilə uduzan "qartallar" Çexiya "Bohemians"ına da yenilib - 1:3.
Hesabı 41-ci dəqiqədə Rəşad Sadıqovun baş məşqçi olduğu kollektiv açıb. Rəqib fasilədən sonra üstünlüyü öz xeyrinə dəyişməyi bacarıb.
Qeyd edək ki, "Zirə" Antalya toplanışındakı ilk yoxlama matçında Rumıniya "Çiskereda"sı ilə məhsuldar heç-heçə edib - 3:3.










































































