Türkiyənin “Fənərbağça” klubundan sonra İtaliya “Fiorentina”sı ilə müqavilə imzalayan Edin Ceko karyerasında yeni səhifə açmağa yaxındır.
Sportnet.az-ın "L’Equipe" nəşrinə istinadən məlumatına görə, Liqa 1 təmsilçisi “Paris” bosniyalı hücumçu ilə rəsmi danışıqlara start verib.
Bildirilir ki, hücum xəttini gücləndirmək istəyən paytaxt klubu üçün 39 yaşlı forvard vacib transfer hədəflərindən biridir.
Keçid reallaşacağı təqdirdə, Ceko 23 illik peşəkar karyerasında ilk dəfə Fransa çempionatında çıxış edəcək. O, peşəkar futbola 2003-cü ildə başlayıb və indiyədək Fransa klublarında forma geyinməyib.
Xatırladaq ki, Edin Ceko karyerası ərzində Almaniyanın “Volfsburq”, İngiltərənin “Mançester Siti”, İtaliyanın “Roma” və “İnter” komandalarında da çıxış edib.










































































