Fransanın PSJ komandasının baş məşqçisi Luis Enrike mətbuat konfransını yarımçıq tərk edib.
Sportnet.az-ın məlumatına görə, bu, Paris klubunun İspaniya “Barcelona”sının 18 yaşlı yarımmüdafiəçisi Pedro Fernandeslə maraqlanmasına dair xəbərləri şərh etməsi üçün verilən sualdan sonra baş verib.
Enrikenin reaksiyası belə olub: “Bilmirəm, bu suala cavab verməyəcəyəm. Gecəniz xeyrə".
Dərhal sonra baş məşqçi konfrans zalını tərk edib.
Qeyd edək ki, Pedro Fernandes bu mövsüm 5 oyunda 148 dəqiqə meydanda olub. Transfermarkt futbolçuya 10 milyon avro qiymət qoyub. Əvvəlki məlumatlara görə, gənc futbolçu “Barcelona” ilə müqaviləni 6 milyon avro ödəyərək pozacaq.











































































