ABŞ-ın “İnter Mayami” komandasının mövsümə fasilə verməsindən istifadə edən Lionel Messi ailəsi ilə birlikdə istirahət edir.
Sportnet.az-ın məlumatına görə, argentinalı futbolçunun həyat yoldaşı Antonela Rokkutso Mayamidəki malikanədə hovuz kənarından fotoları “Instagram” hesabında paylaşıb.
Romantik ab-havada çəkilən görüntülər azarkeşlərin diqqətini çəkib. Paylaşımı Kriştianu Ronaldunun sevgilisi Corcina Rodrigesin “bəyənməsi” isə sosial şəbəkələrdə əlavə maraq doğurub.
Qeyd edək ki, Lionel Messi və Antonela Rokkutso 2007-ci ildən birlikdədirlər. Cütlüyün Tyaqo (13 yaş), Mateo (10 yaş) və Çiro (8 yaş) adlı üç övladı var.













































































