Rusiyanın “Arsenal Tula” klubu "Sabah"dan ayrılan futbolçu Ayaz Quliyevlə müqavilə imzalayıb.
Sportnet.az-ın xəbərinə görə, bu barədə Tula təmsilçisinin rəsmi saytı məlumat yayıb.
30 yaşlı yarımmüdafiəçi sabiq komandasına azad agent kimi qayıdıb.
O, karyerası ərzində Rusiyanın “Spartak”, “Anji”, “Rostov”, “Ximki” klublarında da çıxış edib.
Quliyev tulalı azarkeşlərə də yad deyil. Yarımmüdafiəçi 2021/2022 mövsümündə “Arsenal”ın formasını geyinib və həmin dövrdəki çıxışı ilə yadda qalıb.













































































