Yunanıstan PAOK-unun 7 azarkeşi avtomobil qəzasında dünyasını dəyişib.
Sportnet.az-ın məlumatına görə, hadisə fanatların Fransada "Lion"a qarşı Avropa Liqasının VIII tur matçı ilə əlaqədar səfərdə olduqları vaxt baş verib.
Olayda mikroavtobus yük maşını ilə toqquşub. Bu, ötmə əməliyyatı yerinə yetirilərkən baş verib.
Qeyd edək ki, "Lion" - PAOK matçı yanvarın 29-da keçiriləcək.

















































































