İngiltərə “Vest Hem”i "Fulhem"dən Adama Traoreni transfer edib.
Sportnet.az-ın məlumatına görə, "çəkicdöyənlər" ispaniyalı hücumçunun keçidinin maddi tərəflərini açıqlamayıblar.
30 yaşlı vinger daha əvvəl “Vulverhempton”da birgə çalışdığı baş məşqçi Nunu Eşpiritu Santu ilə yenidən bir araya gəlib.
Qeyd edək ki, Barselonada anadan olmuş Adama Traore eyniadlı klubun məşhur akademiyasında yetişdikdən sonra 2015-ci ildə Premyer Liqada “Aston Villa”ya transfer olunub. O vaxtdan bəri Traore “Aston Villa”, “Midlsbro”, “Vulverhempton” və “Fulhem”in heyətində Premyer Liqada ümumilikdə 262 oyun keçirib, 14 qol vurub və 25 məhsuldar ötürmə edib.
















































































