İngiltərənin “Çelsi” klubu futbolçu Rahim Sterlinqlə yollarını ayırıb.
Sportnet.az-ın "zadəganlar"ın rəsmi saytına istinadən məlumatına görə, 31 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Cari mövsümdə Sterlinq “Çelsi”nin heyətində heç bir oyunda iştirak etməyib və əsas komandadan ayrı məşq edib. Oyunçunun London təmsilçisi ilə müqaviləsi 2027-ci ilin iyununadək qüvvədə idi.
Qeyd edək ki, Rahim Sterlinq "Çelsi"yə 2022-ci ilin yayında "Mançester Siti"dən transfer olunub. O, ötən mövsümü icarə əsasında “Arsenal”da keçirib.











































































