FIFA 2025-ci ildə transferlərə ən çox vəsait xərcləyən klubların siyahısını açıqlayıb.
Sportnet.az-ın məlumatına görə, siyahıya İngiltərənin “Mançester Siti” klubu başçılıq edir.
İkinci yerdə “Liverpul”, üçüncü pillədə isə “Çelsi” qərarlaşıb.
Ali futbol qurumu transfer xərclərinin dəqiq məbləğlərini açıqlamayıb.
Transferlərə çəkilən xərclərə görə ilk 20-lik aşağıdakı klublardan ibarətdir:
1. “Mançester Siti” (İngiltərə)
2. “Liverpul” (İngiltərə)
3. “Çelsi” (İngiltərə)
4. “Bayer” (Almaniya)
5. “Leyptsiq” (Almaniya)
6. “Sanderlend” (İngiltərə)
7. “Vulverhempton” (İngiltərə)
8. “Tottenhem” (İngiltərə)
9. “Arsenal” (İngiltərə)
10. “Nottingem Forest” (İngiltərə)
11. “Komo” (İtaliya)
12. “Milan” (İtaliya)
13. “Real Madrid” (İspaniya)
14. “Strasburq” (Fransa)
15. “Mançester Yunayted” (İngiltərə)
16. “Fənərbağça” (Türkiyə)
17. “Qalatasaray” (Türkiyə)
18. “Bornmut” (İngiltərə)
19. “Nyukasl” (İngiltərə)
20. “Marsel” (Fransa)











































































