UEFA Avropa Liqasında əsas mərhələyə yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, Türkiyə təmsilçisi "Fənərbağça" Rumıniyada FCSB-nin qonağı olub.
Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı 19-cu dəqiqədə İstanbul komandasının futbolçusu İsmail Yüksek açıb. 71-ci dəqiqədə isə Yuri Çizotti bərabərlik qolunu vurub.
Bununla da "Fənərbağça" əsas mərhələni 12 xalla 19-cu pillədə başa vurub.
FCSB isə 7 xalla 27-ci yeri tutaraq, mübarizəni dayandırıb.
Fransanın "Lion", İngiltərənin "Aston Villa", Danimarkanın "Midtüllann", İspaniyanın "Betis", Portuqaliyanın "Portu" və "Braqa", Almaniyanın "Frayburq" və İtaliyanın "Roma" komandaları ilk "8-liy"ə düşərək, adlarını birbaşa 1/8 finala yazdırıblar.
Yanvarın 30-da keçiriləcək püşkatma mərasimində pley-off mərhələsinin cütlükləri müəyyənləşəcək. Əsas mərhələni 9 - 16-cı pillədə başa vurmuş Belçikanın "Genk", İtaliyanın "Bolonya", Almaniyanın "Ştutqart", Macarıstanın "Ferentsvaroş", İngiltərənin "Nottingem Forest", Çexiyanın "Viktoriya Plzen", Serbiyanın "Srvena Zvezda" və İspaniyanın "Selta" komandaları səpələnmişlər səbətində yer alacaq.
Səpələnməmişlər səbətinə isə "Fənərbağça"dan əlavə, Yunanıstan PAOK-u və "Panatinaikos"u, Fransa "Lill"i, Şotlandiya "Seltik"i, Bolqarıstan "Lüdoqorets"i, Xorvatiya "Dinamo Zaqreb"i və Norveç "Brann"ı düşüb.
UEFA Avropa Liqası
Liqa mərhələsi, VIII tur
30 yanvar
FCSB (Rumıniya) - "Fənərbağça" (Türkiyə) - 1:1
"Lion" (Fransa) - PAOK (Yunanıstan) - 4:2
"Portu" (Portuqaliya) - "Reyncers" (Şotlandiya) - 3:1
"Lill" (Fransa) - "Frayburq" (Almaniya) - 1:0
"Betis" (İspaniya) - " Feyenoord" (Niderland) - 2:1
"Aston Villa" (İngiltərə) - " Zaltsburq" (Avstriya) - 3:2
"Srvena Zvezda" (Serbiya) - "Selta" (İspaniya) - 1:1
"Seltik" (Şotlandiya) - " Utrext" (Niderland) - 4:2
"Makkabi Təl-Əviv" (İsrail) - "Bolonya" (İtaliya) - 0:3
"Bazel" (İsveçrə) - "Viktoriya Plzen" (Çexiya) - 0:1
"Midtüllann" (Danimarka) - "Dinamo Zaqreb" (Xorvatiya) - 2:0
"Lüdoqorets" (Bolqarıstan) - "Nitsa" (Fransa) - 1:0
"Nottingem Forest" (İngiltərə) - "Ferentsvaroş" (Macarıstan) - 4:0
"Şturm" (Avstriya) - "Brann" (Norveç) - 1:0
"Ştutqart" (Almaniya) - "Yanq Boyz" (İsveçrə) - 3:2
"Panatinaikos" (Yunanıstan) - "Roma" (İtaliya) - 1:1
"Qo Ehed İqlz" (Niderland) - "Braqa" (Portuqaliya) - 0:0
"Genk " (Belçika) - "Malmö" (İsveç) - 2:1








































































