İtaliya “Milan”ının qapıçısı Mik Menyanla yeni müqavilə imzalanıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, fransalı qolkiper “rossoneri” ilə sözləşməsini 2031-ci ilin yayına qədər uzadıb.
Cari mövsümdə Menyan bütün turnirlərdə “Milan”ın heyətində 25 oyunda meydana çıxıb və onların 11-də qapısını toxunulmaz saxlayıb. “Transfermarkt” portalının qiymətləndirməsinə əsasən, futbolçunun bazar dəyəri 25 milyon avro təşkil edir.
Qapıçı 2021-ci ildən İtaliya klubunda çıxış edir. Bu müddət ərzində o, “Milan” forması ilə ümumilikdə 188 oyuna çıxıb və 70 qarşılaşmada qol buraxmayıb.
Menyan klubla birlikdə İtaliya çempionu olub və ölkə Super Kubokunu qazanıb.












































































