Portuqaliyalı hücumçu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı Pro Liqasının X turunda “Əl-Nəsr”in “Ər-Riyad”la oyunu üçün açıqlanan heyətinə daxil edilməyib.
Sportnet.az xəbər verir ki, qarşılaşma Ər-Riyadda yerləşən “Prince Faisal bin Fahd” stadionunda keçirilir.
Rəsmi iştirak ərizəsində Ronaldu nə əsas heyətdə, nə də ehtiyat oyunçular sırasında yer alıb.
Qeyd edək ki, 2025/2026 mövsümündə Səudiyyə Ərəbistanı çempionatında keçirilən əvvəlki 19 matçın hamısında 40 yaşlı futbolçu meydana start heyətində çıxmışdı.
Ronaldunun bu oyunda iştirak etməməsinin səbəbi rəsmi şəkildə açıqlanmayıb. Lakin daha əvvəl yayılan xəbərlərə görə, təcrübəli hücumçu klubun Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu (PIF) tərəfindən idarə olunmasından narazıdır və bu səbəbdən matçları boykot edə biləcəyi iddia olunurdu.















































































