Ermənistan millisinin futbolçusu Styopa Mkrtçyan Xorvatiyanın "Osiyek" komandasından Almaniya "Nürnberq"inə keçib.
Sportnet.az II Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, 23 yaşlı müdafiəçinin transferi 750 min avroya başa gəlib.
"Osiyek" oyunçunun gələcək satışından 10 faiz alacaq.
Hazırda "Nürnberq" II Bundesliqada 9-cu yerdə qərarlaşıb. Ötən mövsüm Azərbaycan yığmasının hücumçusu bu kluba məhz Xorvatiyadan - "Dinamo Zaqreb"dən gəlib. Hazırda isə 29 yaşlı forvard "Kayzerslautern"in üzvüdür.















































































