Almaniyalı mütəxəssis Tomas Tuxel İngiltərə millisi ilə müqaviləsini uzadıb.
Sportnet.az xəbər verir ki, 52 yaşlı baş məşqçi 2028-ci ilə qədər “üç şir”ə rəhbərlik edəcək.
Qeyd edək ki, Tuxel 1 yanvar 2025-ci ildən İngiltərə yığmasının baş məşqçisidir. Komanda onun rəhbərliyi altında 2026-cı il dünya çempionatının seçmə mərhələsində qrupunu birinci pillədə başa vurub və bu mərhələdə qapısında qol görməyib.
Tuxel daha əvvəl İngiltərənin “Çelsi”, Almaniyanın “Borussiya Dortmund” və Fransanın PSJ kimi komandalarında çalışıb.







































































