Türkiyənin I Liqa klubu "Adana Demirspor"un 12 xalı silinib.
Sportnet.az-ın məlumatına görə, bu barədə FIFA İntizam Komitəsi qərar qəbul edib.
Səbəb kimi klubun futbolçulara olan borcları göstərilib.
Qeyd edək ki, "Adana Demirspor"da vaxtilə Azərbaycan millisinin qapıçısı Şahrudin Məhəmmədəliyev forma geyinib. Həmin vaxt klub Türkiyə Super Liqasında çıxış edib.










































































