İspaniya Kubokunun yarımfinal mərhələsinin ilk görüşündə "Atletiko Madrid" və "Barselona" komandaları üz-üzə gəlib.
Sportnet.az-ın məlumatına görə, matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 4:0.
6-cı dəqiqədə Erik Qarsiya topu öz qapısına göndərib. 14-cü dəqiqədə Antuan Qrizmann, 33-cü dəqiqədə Ademola Lukman, 45+2-ci dəqiqədə isə Xulian Alvares fərqlənib.
52-ci dəqiqədə "Barselona"nın futbolçusu Pau Kubarsi qol vursa da, 8 dəqiqəlik VAR araşdırmasından sonra ofsayd qərarı ləğv edilib. Buna həmin epizodda qonaq komandanın hücumçusu Robert Levandovskinin topa toxunduğu anda dabanının ofsayd vəziyyətində olması səbəb göstərilib. Məhz polşalı forvarddan top Kubarsiyə yönəlmişdi.
"Barselona" 1989-cu ildən sonra ilk dəfə "Atletiko"ya 4 top fərqi ilə uduzub.
Cavab görüşü martın 3-də keçiriləcək.











































































