FİFA İspaniyanın “Atletik Bilbao” klubuna yeni futbolçuların qeydiyyatını qadağan edib.
Sportnet.az xəbər verir ki, qərar klubun təşkilatın normativ tələbləri ilə bağlı yol verdiyi çoxsaylı pozuntulara görə qəbul olunub.
Transfer qadağası 2028-ci ilin yanvarınadək qüvvədə olacaq.
Hazırda La Liqada 23 turdan sonra 28 xalı olan Bilbao təmsilçisi turnir cədvəlində 10-cu pillədə qərarlaşıb. Çempionatda 58 xalla “Barselona” liderdir.
“Atletik” növbəti turda fevralın 15-də səfərdə “Oviedo” ilə qarşılaşacaq.
Qeyd edək ki, komanda 2025/2026 mövsümündə İspaniya Kubokunun yarımfinalçısıdır. 1/2 finalın ilk matçında “Atletik Bilbao” “Real Sosyedad”a 0:1 hesabı ilə uduzub.










































































