"Hələlik rəqiblərin oyunlarına baxmamışam, o komandalarla tanış deyiləm".
Bunu Azərbaycan yığmasının kapitanı Emin Mahmudov UEFA Millətlər Liqasının D Liqasının püşkünü Sportnet.az-a dəyərləndirərkən deyib.
34 yaşlı mütəxəssis bildirib ki, sentyabrda başlanacaq seçmə tsikl ərəfəsində baş məşqçi Ayxan Abbasov rəqibləri video-analiz edərək, kollektivə də göstərəcək.
Mahmudov 1-ci qrupda Litva və Lixtenşteynlə qarşılaşmalardan gözləntilərini bölüşüb: "Əlbəttə, qalib gəlməli, bu qrupdan C Liqasına çıxmalıyıq".













































































