Gələn mövsüm üçün "Qarabağ"ın büdcəsi artırılacaq.
Sportnet.az-ın xəbərinə görə, bu barədə klubun prezidenti Tahir Gözəl məlumat verib.
O bildirib ki, bu, mütləq olacaq: "Baş məşqçimiz Qurban Qurbanovla daimi təmaddayıq, ona dəstək veririk. Oyun keyfiyyətimizi və qabiliyyətimi artırmaq üçün bu, bizə lazımdır. Qazancımıza uyğun qərar verəcəyik. Nəinki hücumda, bütün mövqelərdə futbolçumuz olacaq. Bu gün "Qarabağ" hər bir mövqedə bazardadır. Keyfiyyətimizi hərtərəfli artırmaq üçün əlimizdən gələni edir, fəal çalışırıq".
















































































