İngiltərə Premyer Liqasında "Nyukasl" komandasının "Manşester Siti"yə qarşı bu gün səfərdə keçirəcəyi XXVII tur matçının başlama saatında dəyişiklik edilib.
Sportnet.az-ın məlumatına görə, öncədən Bakı vaxtı ilə saat 16:30-da start götürməsi planlaşdırılan oyun gecə saat 00:00-a salınıb.
Dəyişikliyə "sağsağanlar" fevralın 18-də Bakıda "Qarabağ"la UEFA Çempionlar Liqasının ilk pley-off matçına çıxmaları səbəb olub.
Qərarı şərh edən "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola bunu Premyer Liqa üçün böyük kompliment adlandırıb. O, gələcəkdə belə bir imkanın avrokuboklarda oynayan digər komandalara da yaradılacağına ümid etdiyini söyləyib: "Hamı tam istirahət etməli və qarşıdakı oyuna hazır olmalıdır. Bəzən nəyin problem olduğunu anlamıram. Televiziya yayımçıları bunun mümkün olmadığını deyirlər, açığı, qərarı kimin verdiyini bilmirəm. Amma bu, böyük komplimentdir”.
Qeyd edək ki, "Nyukasl" "Qarabağ"la ilk görüşdən qalib ayrılıb - 6:1. Cavab oyunu fevralın 24-də keçiriləcək.














































































