"Qarabağ"la Azərbaycan Premyer Liqasındakı XXI tur matçı təxirə salınmış “Neftçi” ikitərəfli oyun keçirib.
Sportnet.az-ın məlumatına görə, “Palms Sports” Futbol Mərkəzində təşkil olunmuş görüşdə “ağlar” və “qaralar” üz-üzə gəlib.
Qarşılaşma 3:2 hesabı ilə birincilərin xeyrinə başa çatıb. Qolları Vensan Abubakar (2), İmad Faraj, Bassala Sambu və Edvin Kuç vurublar.
Qeyd edək ki, “Neftçi” Premyer Liqada növbəti görüşünü fevralın 28-də “Şamaxı”ya qarşı keçirəcək. Şamaxı şəhər stadionunda baş tutacaq matç saat 14:30-da start götürəcək.












































































