Futzal üzrə Azərbaycan Yüksək Liqasında XII turun oyunları keçirilib.
Sportnet.az-ın məlumatına görə, turun ilk oyununda hesabı açan “Şuşa” olub.
Düzdür, “Araz-Naxçıvan” sonra 3 ardıcıl qol vurub. Amma fasiləyə qədər nominal qonaqlar daha bir dəfə fərqləniblər. İkinci hissə daha məhsuldar alınıb. “Şuşa” 3. “Araz-Naxçıvan” isə 9 qol vurub. Yekunda “qırmızı-ağlar” böyükhesablı qələbə qazanıb - 12:5.
Lider “Neftçi” isə U-19-a şans verməyib - 16:0. Fasiləyə qədər 7 cavabsız qol vuran “ağ-qaralar” ikinci hissədə də üstünlüyünü artırıb.
“Baku Fire” turun son matçında autsayder "Lənkəran"la üz-üzə gəlib. Gözlənildiyi kimi, görüş medallar uğrunda mübarizə aparan nominal qonaqların xeyrinə başa çatıb - 8:3.













































































