UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
Sportnet.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində təşkil olunmuş tədbirdə 8 cütlüyün tərkibi müəyyənləşib:
"Ferentsvaroş" (Macarıstan) - "Braqa" (Portuqaliya)
"Genk" (Belçika) - "Frayburq" (Almaniya)
"Ştutqart" (Almaniya) - "Portu" (Portuqaliya)
"Bolonya" (İtaliya) - "Roma" (İtaliya)
"Panatinaikos" (Yunanıstan) - "Betis" (İspaniya)
"Selta" (İspaniya) - "Lion" (Fransa)
"Nottingem Forest" (İngiltərə) - "Midtüllann" (Danimarka)
"Lill" (Fransa) - "Aston Villa" (İngiltərə)
Qeyd edək ki, 1/8 final oyunları martın 12-də və 19-da keçiriləcək. Final matçı mayın 20-də Türkiyənin İstanbul şəhərində olacaq.















































































