"Karyeramda birinci dəfə komandam 3:0 hesabı ilə öndə olduğu vaxt rəqib hesabı bərabərləşdirdi".
Sportnet.az-ın məlumatına görə, bunu "Sabah" komandasının baş məşqçisi Valdas Dambrauskas səfərdə "Qarabağ"la 3:3 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXII tur matçından sonra CBC Sport-a açıqlamasında deyib.
Litvalı mütəxəssis komandasının çıxışından razı qaldığını, lakin 70-ci dəqiqədən sonra konsentrasiyanı itirdiklərini bildirib: "Topu özümüzdə saxlamaq əvəzinə rəqibə verdik. Belə hallarda qapıçımız Stas Pokatilov yaxşı çıxış edir, bəzi hallarda isə hücumların qarşısını ala bilmir. Ümumilikdə Çempionlar Liqasından da yaxşı oyuna şahidlik etdik. Təəssüf ki, azarkeşlər çox da təşrif buyurmamışdılar".











































































