"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandada çıxış edən oğlu Musa Qurbanlının çıxışını dəyərləndirib.
Sportnet.az-ın məlumatına görə, 54 yaşlı mütəxəssis Qurbanlının son oyunlarda qollar vurmasını sevindirici hal kimi dəyərləndirib.
O, dünya təcrübəsində də sonradan meydançaya daxil olan futbolçuların oyunu dəyişdirməsinin çox vacib olduğunu vurğulayıb: "Buna bir qabiliyyət, bacarıq lazımdır. Xüsusən də rəqib sıx müdafiədə oynayanda belə futbolçulara ehtiyac olur. Musada yaxşılığa doğru irəliləyiş çoxdur. Əlbəttə, həvəsdən düşməli deyil. Daha aktiv olmalı, həm məşqdə, həm də oyunlarda mübarizə aparmalıdır. Yavaş-yavaş böyüyür. Bu, hamız üçün sevindiricir. Hazırda ondan razıyam".
Qeyd edək ki, Musa Qurbanlı "Qarabağ"ın "İmişli" (1:0), "Sabah" (3:3) və "Araz-Naxçıvan" (6:0) ilə keçirdiyi son 3 matçının hər birində qol vurub.














































































