İraq millisinin baş məşqçisi Qrem Arnold 2026-cı il dünya çempionatına vəsiqə uğrunda qitələrarası pley-off matçının təxirə salınmasını FIFA-dan xahiş edib.
Sportnet.az xəbər verir ki, avstraliyalı mütəxəssis İranda yaranmış vəziyyəti səbəb göstərib.
Martın sonunda İraq komandası Meksikada Boliviya - Surinam cütünün qalibinə qarşı oynayacaq.
Arnold Reuters-ə açıqlamasında bildirib: "Ölkə tarixində son 40 ilin ən vacib matçı üçün ən yaxşı komandaya ehtiyacımız var. Hazırda hava limanı bağlandığı üçün Meksikaya necə çatmaq məsələsində alternativ yollar axtarırıq. Məncə, FİFA oyunu təxirə salsaydı, biz yaxşı hazırlıq üçün vaxt qazana bilərdik".
Qeyd edək ki, DÇ-2026 ABŞ, Kanada və Meksikada 11 iyun – 19 iyulda keçiriləcək.











































































