UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib.
Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə 4 görüş keçirilib.
Qarşılaşmaların 2-də meydan sahibləri, 1-də qonaq komanda qələbə qazanıb.
Pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdırmış "Nyukasl" İngiltərədə İspaniya "Barselona"sı üzərində qələbəni son anda qaçırıb. Kataloniya təmsilçisi məğlubiyyətdən Lamin Yamalın penalti qolu ilə qurtulub.
"Atletiko" İspaniyada İngiltərə "Tottenhem"ini 5:2, Almaniya "Bavariya"sı isə İtaliyada "Atalanta"nı 6:1 hesabı ilə yenərək, növbəti mərhələyə vəsiqənin taleyini böyük ölçüdə həll edib.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
10 mart
21:45. "Qalatasaray" (Türkiyə) - "Liverpul" (İngiltərə) - 1:0
Qol: Mario Lemina, 7
00:00. "Atletiko" (İspaniya) - "Tottenhem" (İngiltərə) - 5:2
Qollar: Markos Lyorente, 6. Antuan Qrizmann, 14. Xulian Alvares, 15; 55. Roben Le Norman, 22 - Pedro Porro, 26. Dominik Solanke, 76
00:00. "Nyukasl" (İngiltərə) - "Barselona" (İspaniya) - 1:1
Qollar: Harvi Barns, 86 - Lamin Yamal, 90+6 (pen.)
00:00. "Atalanta" (İtaliya) - "Bavariya" (Almaniya) - 1:6
Qollar: Mario Paşaliç, 90+3 - Yosip Stanişiç, 12. Maykl Olise, 22; 64. Serj Qnabri, 25. Nikolas Cekson, 52. Camal Musiala, 67
Qeyd edək ki, daha 4 oyun martın 11-də keçiriləcək. Cavab görüşləri isə 17-18 martda olacaq.











































































