İran yığması 2026-cı il dünya çempionatında iştirak edə bilməyəcək.
Sportnet.az xəbər verir ki, bunu ölkənin idman naziri Ahmad Donyamali açıqlayıb.
“Bizim liderimizi korrupsiyalaşmış hökumət öldürdükdən sonra dünya çempionatında iştirak etməyimiz üçün şərait qalmayıb. İrana qarşı həyata keçirilən qəddar addımlar fonunda son səkkiz-doqquz ayda bizə iki müharibə sırıblar və minlərlə vətəndaşımız həlak olub. Belə şəraitdə dünya çempionatında iştirak etmək imkanımız yoxdur”, – deyə nazir bildirib.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail tərəfindən İran ərazisinə hava zərbələri endirilib. Buna cavab olaraq İran İsrailə, həmçinin Fars körfəzi regionundakı ölkələrə raket və pilotsuz uçuş aparatları göndərib.











































































