Azərbaycan Premyer Liqasında XXIV turun növbəti oyunu Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Sumqayıt" "Şamaxı"nı qəbul edib.
Baş hakim Cavid Cəlilovun idarə etdiyi görüş qonaq komandanın qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 76-cı dəqiqədə Karim Rossi vurub.
Bu, isveçrəli hücumçunun Premyer Liqada 9-cu qolu olub.
Beləliklə, "Şamaxı" xalını 30-a çatdıraraq, 8-ci pillədə qalıb. 32 xala malik "Sumqayıt" isə 6-cıdır.
Qeyd edək ki, XXIV turun açılış matçında "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı məğlubiyyətə uğradıb - 2:1. Turun qalan oyunları 14-15 martda olacaq.
--------------------
Azərbaycan Premyer Liqasında XXIV tura start verilib.
Sportnet.az-ın məlumatına görə, açılış matçında "Araz-Naxçıvan" və "Karvan-Yevlax" komandaları üz-üzə gəlib.
"Liv Bona Dea Arena"da keçirilmiş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.
Hesabı 37-ci dəqiqədə Hamidu Keyta açıb. 40-cı dəqiqədə Ba Muaka Simakala fərqlənərək, çempionatda 8-ci qolunu vurub.
51-ci dəqiqədə isə Kayl Spens fərqi azaltsa da, qalan bölümdə qonaqların bundan artığına gücü çatmayıb.
Beləliklə, xalını 36-ya çatdıran "Araz-Naxçıvan" 5-ci, 8 xala malik "Karvan-Yevlax" isə sonuncu 12-ci yerdə qalıb.
------------------------
Bu gün Azərbaycan Premyer Liqasında XXIV turun ilk 2 oyunu keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, açılış matçı "Liv Bona Dea Arena"da "Araz-Naxçıvan" və debütant "Karvan-Yevlax" arasında gerçəkləşəcək.
Saat 18:30-da başlanacaq görüşü baş hakim Kamranbəy Rəhimov idarə edəcək.
23 turdan sonra "Araz-Naxçıvan" 33 xalla 5-ci, "Karvan-Yevlax" 8 xalla 12-ci yerdə gedir.
İki komandanın bu mövsüm keçirilmiş oyunlarında Naxçıvan təmsilçisi qələbə qazanıb - 2:1, 2:0. “Araz-Naxçıvan” hər iki oyunda eyni sayda – 2 qol vurub. “Karvan-Yevlax” xal qazanmayıb. Topların nisbətində Muxtar Respublika klubunun üstünlüyü belədir - 4:1.
Günün digər qarşılaşmasında "Sumqayıt" "Şamaxı"nı sınağa çəkəcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək görüş saat 20:30-da başlanacaq. Matçı baş hakim Cavid Cəlilov idarə edəcək.
Hazırda 32 xalla 6-cı yerdə gedən "gənclik şəhəri" təmsilçisindən fərqli olaraq, rəqibi 27 xalla 8-ci pillədə qərarlaşıb.
Bu, iki komanda arasında 50-ci oyun olacaq. Əvvəlki matçların 14-də "Sumqayıt", 21-də "Şamaxı" qələbə qazanıbsa, daha 14 matç heç-heçə ilə yekunlaşıb.
Topların nisbətində də "Şamaxı" öndədir - 67:51. Bu komanda "Sumqayıt"la çempionatda keçirdiyi son 6 matçda qol vurub. Rəqib isə axırıncı 8 ev qarşılaşmasını qolsuz tərk etməyib.
Azərbaycan Premyer Liqası, XXIV tur
13 mart (cümə)
18:30. “Araz-Naxçıvan” – “Karvan-Yevlax” - 2:1
Qollar: Hamidu Keyta, 37. Ba Muaka Simakala, 40 - Kayl Spens, 51
Sarı vərəqələr: Bəxtiyar Həsənalızadə, 14 (qeyri-idman hərəkəti); Ba-Muaka Simakala, 17 (qeyri-idman hərəkəti); Coşqun Diniyev, 87 (qeyri-idman hərəkəti) - Uğur Cahangirov, 76 (hakimin qərarına etiraz); Əmrah Bulud, 76 (hakimin qərarına etiraz)
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 3 dəq.
“Araz-Naxçıvan”: 94. Tərlan Əhmədli 3. Bəxtiyar Həsənalızadə (k) 5. Slavik Alxasov 8. Coşqun Diniyev 4. Rahil Məmmədov 6. Patrik Andrade 17. İssuf Paro (77. Bruno Franko, 72) 23. Nuno Rodriqes (19. Bar Kohen, 86) 10. Felipe Santos 11. Ba-Muaka Simakala (16. Ramon Maçado, 86) 7. Hamidu Keyta
Ehtiyat oyunçular: 12. Kristian Avram 14. Ülvi İsgəndərov 86. İbrahim Piriyev 33. Elmir Cəfərov
Baş məşqçi: Andrey Demçenko
“Karvan-Yevlax”: 99. Pedro Mateuş 32. Elvin Yunuszadə (k) 6. Vadim Abdullayev 16. Rauf Rüstəmli (7. Araz Abdullayev, 82) 5. Emin Rüstəmov (8. Peter Kings, 90) 20. Coy Sleyd Mikels 2. Şakil Sno 11. Kayl Spens (14. Uğur Cahangirov, 74) 37. Mois Nqvisani 19. Tompson Qavi 21. İmani Barker
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov 25. Əmrah Bulud 33. Eltun Turabov 42. İbrahim Qədirzadə 13. Vüsal Məsimov 17. Samir Abdullayev 4. Olavale Doyeni
Baş məşqçi: Füzuli Məmmədov
Hakimlər: Kamranbəy Rəhimov, Zeynal Zeynalov, Kərim Zeynalov, İslam Məmmədov
VAR: Elvin Bayramov
AVAR: İnqilab Məmmədov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Liv Bona Dea Arena”, 70 tamaşaçı
20:30. “Sumqayıt” – “Şamaxı” - 0:1
Qol: Karim Rossi, 78
Sarı vərəqələr: Abdul Raşid Mumini, 18 (qeyri-idman hərəkəti); Emil Mustafayev, 39 (qeyriidman hərəkəti); Danilo Beskorovaynıy, 42 (qeyri-idman hərəkəti) - David Santos, 34 (qeyriidman hərəkəti); Andrey Tirkoveanu, 40 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 4 dəq.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Əkbər Əhmədov
VAR: Əli Əliyev
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Emin Cəfərov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 1000 tamaşaçı
“Sumqayıt”: 22. Xəyal Fərzullayev (k) 7. Rüstəm Əhmədzadə 29. Emil Mustafayev (6. Sedrik Badolo, 63) 21. Nihad Əhmədzadə (11. Aleksa Yankoviç, 63) 9. Aleksandr Ramalinqom 72. Rayan Senhadjic 33. Danilo Beskorovaynıy 71. Masaki Murata 80. Keffel Resende (97. Vüsal Paşayev, 68) 95. Nsana Simon (10. Nikola Ninkoviç, 63) 25. Abdul Raşid Mumini (75. Nadir Orucov, 46)
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov 12. Murad Ağamalıyev 3. Höccət Haqverdi 8. Səbuhi Abdullazadə 24. Sənan Muradlı 37. Nihad Orucəli 23. Ronaldo Vaskez
Baş məşqçi: Saşa İliç
“Şamaxı”: 1. Rikardo Fernandes (k) 2. Abdulla Rzayev 97. Oruc Məmmədov (88. Rodriqo Fernandeş, 90+4) 82. Rüfət Abbasov 9. Karim Rossi 10. Andrey Tirkoveanu (7. Edqar Adilxanov, 68) 3. Vladislav Veremeyev 13. Rikardo Apolinario 11. Dioqo Balau (8. Alfons Msanqa, 87) 4. Sezar Enrike 44. David Santos
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 99. Səlim Həşimov 17. Rafael Məhərrəmli 5. Arsen Ağcabəyov 80. Həbib İsmayılov 21. Bilal İsmayılov 27. Emil Süleymanov 77. Nihat Mehralıyev 19. Abdullahi Şuaybu
Baş məşqçi: Ayxan Abbasov
Qeyd edək ki, turun qalan oyunları 14-15 martda keçiriləcək.












































































