UEFA Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilib.
Sportnet.az-ın məlumatına görə, ötən mərhələdə Türkiyə təmsilçisi "Fənərbağça"nı mübarizədən kənarlaşdırmış "Nottingem Forest" İngiltərədə Danimarka "Midtüllann"ına minimal hesabla uduzub.
Gecənin daha 4 oyununda belə nəticələr qeydə alınıb.
"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsində üstələdiyi "Ferentsvaroş" isə Macarıstanda Portuqaliya "Braqa"sından üstün olub - 2:0.
UEFA Avropa Liqası
1/8 final, ilk oyunlar
12 mart
21:45. "Lill" (Fransa) – "Aston Villa" (İngiltərə) - 0:1
21:45. "Ştutqart" (Almaniya) – "Portu" (Portuqaliya) - 1:2
21:45. "Bolonya" (İtaliya) – "Roma" (İtaliya) - 1:1
21:45. "Panatinaikos" (Yunanıstan) – "Betis" (İspaniya) - 1:0
00:00. "Selta" (İspaniya) – "Lion" (Fransa) - 1:1
00:00. "Nottinqem Forest" (İngiltərə) – "Midtüllann" (Danimarka) - 0:1
00:00. "Genk (Belçika) – "Frayburq" (Almaniya) - 1:0
00:00. "Ferentsvaroş" (Macarıstan) – "Braqa" (Portuqaliya) - 2:0
Cavab görüşləri martın 19-da keçiriləcək.










































































