UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçularından ibarət rəmzi komandanın tərkibi açıqlanıb.
Sportnet.az xəbər verir ki, siyahıda İspaniyanın "Real Madrid", Türkiyənin "Qalatasaray" və Almaniyanın "Bavariya" klubları hərəyə iki futbolçu ilə təmsil olunub.
Qapıçı: Tibo Kurtua ("Real Madrid", İspaniya)
Müdafiəçilər: İsmail Yakobs ("Qalatasaray", Türkiyə), Robert Andrix ("Bayer Leverkuzen", Almaniya), Roben Le Norman ("Atletiko Madrid", İspaniya), Yosip Stanişiç ("Bavariya", Almaniya)
Yarımmüdafiəçilər: Sondre Fet ("Budö Qlimt", Norveç), Mario Lemina ("Qalatasaray", Türkiyə), Federiko Valverde ("Real Madrid", İspaniya)
Hücumçular: Xviça Kvaratsxeliya (PSJ, Fransa), Xulian Alvares ("Atletiko Madrid", İspaniya), Maykl Olise ("Bavariya", Almaniya)
Həftənin ən yaxşı futbolçusu isə Federiko Valverde seçilib. Uruqvaylı yarımmüdafiəçi "Real Madrid"in İngiltərə təmsilçisi "Mançester Siti"ni 3:0 hesabı ilə məğlub etdiyi matçda het-trikə imza ataraq komandasının qələbəsində əsas pay sahibi olub.
Qeyd edək ki, "Qalatasaray" bu həftə evdə İngiltərə "Liverpul"u üzərində 1:0 hesablı qələbə qazanıb, "Bavariya" isə İtaliyada "Atalanta"nı darmadağın edib - 6:1.
Introducing your Team of the Week @cryptocom | #UCLTOTW pic.twitter.com/8C63EuPRrb
— UEFA Champions League (@ChampionsLeague) March 12, 2026











































































