İngiltərə təmsilçisi “Çelsi”nin futbolçusu Ris Ceyms klubla müqaviləsini uzadıb.
Sportnet.az "zadəganlar"ın rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçinin 2028-ci ilin yayınadək qüvvədə olan mövcud sözləşməsi 2032-ci ilin yayına qədər yenilənib.
İngiltərə millisinin oyunçusu cari mövsümdə bəzən “Çelsi”nin heyətində qeyri-adi mövqedə – mərkəz yarımmüdafiəçisi kimi də çıxış edib.
Ceyms bu mövsüm bütün turnirlərdə 35 oyunda 2 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.















































































