“Araz-Naxçıvan” futbol klubu Peşəkar Futbol Liqasına (PFL) rəsmi müraciət edərək komandanın ev oyunlarını keçirdiyi “Liv Bona Dea Arena”da əsaslı təmir işlərinin aparılacağını bildirib.
Sportnet.az xəbər verir ki, bununla əlaqədar klub PFL-ə alternativ stadion kimi “SOCAR Polymer Arena”nı təqdim edib.
PFL-in qərarına əsasən “Araz-Naxçıvan” 17 - 19 apreldə baş tutacaq "Turan Tovuz" ilə oyundan etibarən mövsümün sonuna qədər ev oyunlarını həmin arenada keçirəcək.
Qeyd edək ki, daha əvvəl "Turan Tovuz"un da növbəti ev oyunları Sumqayıtda keçirəcəyi açıqlanıb. Fərq arenanın Mehdi Hüseynzadə adına şəhər stadionu olmasıdır.












































































