İngiltərə Premyer Liqası təmsilçisi "Liverpul" cari mövsümün sonunda daha bir futbolçusu ilə yollarını ayıracaq.
Sportnet.az-ın məlumatına görə, Endryu Robertsonun klubla müqavilə yeniləməyəcəyi dəqiqləşib.
"Qırmızılar" şotlandiyalı müdafiəçini 2017-də "Hall Siti"dən 8 milyon avroya transfer etmişdi.
Qeyd edək ki, 32 yaşlı oyunçu Premyer Liqa tarixinin ən çox məhsuldar ötürmə edən 2-ci müdafiəçisidir.













































































